Unutamadim -

   
 
  Ramiz Rövşən

 

 

                         
                   Həyatı

Ramiz Rövşən 1946-cı il, dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb.Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib,ABŞ-da, Almaniyada, İngiltərədə, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Yazıçı Yaşar Əliyevin qardaşıdır.
Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.

    Kitabları

Cild Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə
Dot1.png
Bir yağışlı nəğmə Şeirlər Bakı Gənclik 1970 62  
Dot1.png
Göy üzü daş saxlamaz Şeirlər və poema Bakı Yazıçı 1987 158  
Kepenek Qanadlari.jpg
Kəpənək qanadları Nəğmələr Bakı Səda 1999 120  
Biz olmayan yere.jpg
Gedək biz olmayan yerə Şeirlər və poema Bakı Çıraq 2006 184  
Nefes Kitablar Kitabi.0.jpg
Nəfəs - kitablar kitabı Şeir, nəsr, esse Bakı Qanun 2006 760  
Goy Uzu Dash Saxlamaz.1.jpg
Göy üzü daş saxlamaz Şeirlər Təbriz Yaşmaq 2007  
Nefes Kitablar Kitabi.1.jpg
Nefes - kitablar kitabı Şiir-nesr-esse Ankara Bengü 2008 226
Ramiz Rovshan - Yagishli Nagma.jpg
Yağışlı nəğmə Şeirlər Tehran Əndişeye No 2009 312
Sevgi mektubu kimi.jpg
Sevgi məktubu kimi Şeirlər Bakı Mütərcim 2009 52

    Tərcümələri

1.Sergey Yesenin. Qara adam (poema). "Xəzər", 2004
2.Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın; Sergey Yeseninə (şeirlər). "Xəzər", 2005.
3.Aleksandr Blok. Şeirlər. "Xəzər", 2005

4.Marina Svetayeva. Sənin adın; Yatır yollar yorğunu (Blok haqqında şeirlərdən). "Xəzər", 2005

                           Filmoqrafiya

  Filmin adı İl




Filmin növü
Mozalan-2 (1971)-1.JPG
Şəbih 1971           "Mozalan" Satirik Kinojurnalı № 2, 1-ci süjet
Bulud Niyə Ağlayır? (1973).jpg
Bulud Niyə Ağlayır? 1973           Qısametrajlı Cizgi Filmi
Pıspısa Xanım və Siçan Bəy (1974).jpg
Pıspısa Xanım və Siçan Bəy 1974           Qısametrajlı Cizgi Filmi
Təkcə Adanı Özünlə Apara Bilməzsən (1980).JPG
Təkcə Adanı Özünlə Apara Bilməzsən... 1980           Tammetrajlı Bədii Film
Yol Əhvalatı (1980).JPG
Yol Əhvalatı 1980           Tammetrajlı Bədii Film
Babamizin Babasinin Babasi(1981).JPG
Babamızın Babasının Babası 1981           Tammetrajlı Bədii Film
Mozalan 75 (1982)-2.JPG
Söyüdlünün Su Dərdi 1982           Qısametrajlı Sənədli Süjet-Mozalan № 75, 2-ci süjet
Nizami (1982).JPG
Nizami 1982           Tammetrajlı Bədii Film
Əzablı Yollar (1982).JPG
Əzablı Yollar 1982           Tammetrajlı Bədii Film
Evlənmək İstəyirəm (1983).JPG
Evlənmək İstəyirəm 1983           Tammetrajlı Bədii Film
Tənha Narın Nağılı (1984).JPG
Tənha Narın Nağılı 1984           Tammetrajlı Bədii Film
Cin Mikrorayonda (1985).JPG
Cin Mikrorayonda 1985           Tammetrajlı Bədii Film
Humayın Yuxusu (1985).jpg
Humayın Yuxusu 1985        
Qısametrajlı Cizgi Filmi
Şəhərli Biçinçilər (1986).JPG
Şəhərli Biçinçilər 1986           Tammetrajlı Bədii Film
İşarəni Dənizdən Gözləyin (1986).JPG
İşarəni Dənizdən Gözləyin 1986           Tammetrajlı Bədii Film
Mozalan 106 (1986)-4.JPG
Fədailər 1986           Qısametrajlı Bədii Süjet-Mozalan № 106, 4-cü süjet
Mozalan 103 (1986)-1.JPG
Özbaşınalıq 1986           Qısametrajlı Sənədli Süjet-Mozalan № 103, 1-ci süjet
Mozalan 110 (1986).JPG
Haram Tikə (1986) 1986           Qısametrajlı Sənədli Film-Mozalan № 110
Bəyin Oğurlanması (1986).JPG
Bəyin Oğurlanması 1986
        Tammetrajlı Bədii Film
Xüsusi Vəziyyət (1986).jpg
Xüsusi Vəziyyət 1986           Tammetrajlı Bədii Film
Süd Dişinin Ağrısı (1987).JPG
Süd Dişinin Ağrısı 1987           Tammetrajlı Bədii Film
Kishi Sozu (1987).JPG
Kişi Sözü 1987           Tammetrajlı Bədii Film
Dot1.png
Lovğa Fil Balası 1987           Qısametrajlı Cizgi Filmi
Araqarishdiran(1987).JPG
Araqarışdıran 1987           Tammetrajlı Bədii Film
Mozalan 118 (1987)-1.JPG
Varlığa Nə Darlıq 1987           Qısametrajlı Sənədli Süjet-Mozalan № 118, 1-ci süjet
Şəhidlərdən Şəhidlərə (1990).jpg
Şəhidlərdən Şəhidlərə 1990           Qısametrajlı Sənədli Film
Qətl Günü (1990).JPG
Qətl Günü 1990           Tammetrajlı Bədii Film
Təxribat (1990).JPG
Təxribat 1990
        Tammetrajlı Bədii Film
Girişmə, Öldürər (1990).jpg
Girişmə, Öldürər 1990           Tammetrajlı Bədii Film
Gecə Qatarında Qətl (1990).JPG
Gecə Qatarında Qətl 1990           Tammetrajlı Bədii Film
Dot1.png
Almas İldırım 1991           Qısametrajlı Sənədli Film
Mozalan 161 (1991)-1.JPG
Bəhanə 1991           Qısametrajlı Sənədli Süjet-Mozalan № 161, 1-ci süjet
Bəxt Üzüyü (1991).JPG
Bəxt Üzüyü 1991      

Tammetrajlı Bədii Film
Prima (1992).JPG
Prima 1992           Qısametrajlı Sənədli Film
Dot1.png
Şəbi-Hicran 1993
     
Qısametrajlı Sənədli Film
Ac Herifler (1993).JPG
Ac Həriflər 1993           Tammetrajlı Bədii Televiziya Filmi
Dot1.png
Kamança 1993        
Tammetrajlı Bədii Televiziya Filmi
Agh Atli Oghlan (1995).JPG
Ağ Atlı Oğlan 1995           Tammetrajlı Bədii Film
Özgə Vaxt (1996).JPG
Özgə Vaxt 1996           Tammetrajlı Bədii Film
Dot1.png
Füzuli-500 1997           Qısametrajlı Sənədli Film
Sarı Gəlin (1998).JPG
Sarı Gəlin 1998           Tammetrajlı Bədii Film
Dot1.png
Xoşbəxt Adam 1999           Sənədli Televiziya Filmi
Etimad Telefonu (2001).jpg
Etimad Telefonu 2001           Tammetrajlı Bədii Film
Dot1.png
Ömür Ağacı 2002           Sənədli Televiziya Filmi
Hacı Qara (2002).JPG
Hacı Qara 2002           Tammetrajlı Bədii Film
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003).jpg
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003           Qısametrajlı Cizgi Filmi
Məkanın Melodiyası (2004).jpg
Məkanın Melodiyası 2004           Tammetrajlı Bədii Film
Küçələrə Su Səpmişəm (2004).JPG
Küçələrə Su Səpmişəm 2004           Tammetrajlı Bədii Film
Arxada Qalmish Gelecek (2004).JPG
Arxada Qalmış Gələcək 2005           Tammetrajlı Bədii Film
Əlvida, Cənub Şəhəri (2006).JPG
Əlvida, Cənub Şəhəri 2006
        Tammetrajlı Bədii Film
Cavid Ömrü (2007).JPG
Cavid Ömrü 2007           Tammetrajlı Bədii Film
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003).jpg
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003
        Qısametrajlı Cizgi Filmi
Məhkumlar (2007).jpg
Məhkumlar 2007           Tammetrajlı Bədii Film
Biz Qayıdacağıq (2007).JPG
Biz Qayıdacağıq 2007           Tammetrajlı Bədii Film
Qala (2008).jpg
Qala 2008          


Çalış layiqli ol bu təmiz ada,

Təmiz ol, həmişə düşərsən yada,

Onsuz, yaşadığımız qoca dünyada

Hər bir kəndin namərdi var, mərdi var,

Bu dünyanın özü boyda dərdi var.

Qoca dünya qorxulu ir tamaşa,

Çoxumuzu salıb qorxu, təlaşa,

Zalımlara çahar-qoşa, şeş-qoşa,

Yetimlərə du-bir verən nərdi var,

Bu dünyanın özü boyda dərdi var.

Ağır yoldu keçəcəyin bax bu yol,

Fərqi yoxdu, prokuror ol, nazir ol,

Geci-tezi ölüm gəlir hazır ol,

Yaranmısan, bir gecə də öldü var,

Bu dünyanın özü boyda dərdi var.

Ömür gedir, günlərivi say, oğlum,

Dörd tərəfin dəniz, dərya, çay, oğlum,

Bir kişidən borc götürdün, ay oğlum,

Unutma ki, qaytardı var, verdi var,

Bu dünyanın özü boyda dərdi var.

Kim oynayar onunla bu oyunu,

Odu edən çoxumuzun toyunu,

Dağ-dərəyə doldurubdu qoyunu,

Tanıdmağa çaqqalı var, qurdu var,

Bu dünyanın özü boyda dərdi var.

AYRILIQ

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
                   xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
                   məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
                   məni bağışla!

"Ölmədim" deyirəm,
                   nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
                   ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
                   nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
         bu ayın
                   bu günündəki,
Elə bu küçənin bu tinindəki
       məni də, səni də öldürdük onda.

...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
                   ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
                     Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
                         amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
                 on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib,
                       nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
                       qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
                  ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
                  anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə
                       görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
          bacımsan,
                      nənəmsən,
                               nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
                       nə yol, nə körpü.
Ölüsən,
          dirisən,
                      hər nəsən,
                                  dayan!
Dayan, heç olmasa əlindən öpüm...

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."
Əlimin içində
                    soyuyur əlin.
Deyirsən: "Sən allah, əlimi öpmə,
    əlimdən, deyəsən, qan iyi gəlir..."

BAŞI KƏSİK GÖZƏL KÖTÜK

Başı kəsik gözəl kötük,
   bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
   bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
   küləklərlə talandımı?
Bilək-bilək budaqların
   ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından,
Yıxıldın ucalığından,
   başı kəsik gözəl kötük...

Gözəl kötük, sızıldama, göynəmə,
   nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
   sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın kuləyi keçər,
   qarı, yağışı keçər,
Qatar-qatar quşu keçər,
Daş atarlar, daşı keçər
   sən yıxılan ucalıqdan.

Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
   sən yıxılan ucalığa...

Məndən sənə salam olsun,
   başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
   başı kəsik gözəl kötük.

Əyilim, köksünə başımı qoyum,
   gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
   evimin dirəyi olasan mənim.

Gözəl kötük,
   yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
   nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
   yenə canın sağ olsun,
Bu dünyada
   sən yıxılan ucalıqlar qalacaq...

BÜTÜN DOSTLAR SAĞ OLA KAŞ
 
Mən öləndə ağlamağa
Bütün dostlar sağ ola kaş.
Gözlərimi bağlamağa
Neçə cüt barmaq ola kaş.
 
Boynunu büküb qapıda,
Bir qız göz yaşı axıda...
Üç balam şirin yuxuda,
Qadınım oyaq ola kaş.
 
Güc tapmasam ev tikməyə,
Qapımda ağac əkməyə,
Kəfən yox, məni bükməyə
Bir yaşıl yarpaq ola kaş...

DÜNYA QƏFİL İŞIQLANSA
 
Qəfil gün doğsa bir gecə,
Dünya dümağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
      kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
      kimlərin evindən çıxır.
 
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
      ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
      dünyadan qaçar bəlkə də.
 
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
 
GEDƏK BİZ OLMAYAN YERƏ

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

...Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!
 
GÖY ÜZÜ DURURMU HƏLƏ?

Çoxdandı göyə baxmıram,
Göy üzü dururmu hələ?
Buludu, günəşi, ayı,
Ulduzu dururmu hələ?

Tüstüdən qaralmayıb ki?
Quşları qırılmayıb ki?
Allahı yorulmayıb ki?
Bəndəsi dururmu hələ?

...Ölümdən qoçaq çıxmışam,
Dilimdə "Allah" çıxmışam,
Bu gecədən sağ çıxmışam,
Gündüzü dururmu hələ?!

Mənimki Allaha qaldı

Mənimki Allaha qaldı,
Alınmadım, baha qaldım,
Özüm baxa-baxa qaldım
Hamını ötürdüyümə.

Ürəyim ətdi, daş deyil,
Kipriyimdəki yaş deyil,
Sevinin, əlim boş deyil,
Gülməyin gətirdiyimə.

Gözüm yuxu yata bilməz,
Ana bilməz, ata bilməz,
Qızıl olsa çata bilməz
Tapdığım itirdiyimə...
 
ŞİRİN-ŞİRİN YUXUDAYDIQ
 
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.
 
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
 
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...
 
ŞÜKÜR
 
Şükür hər ötən axşama,
Hər gələn sabaha şükür.
Şükür çiynimdə başıma,
Başımda papağa şükür.
 
Qapım döyülür deyəsən,
Cəlladmısan, əcəlmisən?!..
Hər kimsənsə, xoş gəlmisən,
Hər gələn qonağa şükür.
 
Buyur, boynumu baltala!..
Getsəm də torpaq altına,
Yenə də, lənət şeytana,
Yenə də, Allaha şükür!..
 
Azad qadın

Sən oxuyub-çalmağı sevdiyindən 
qol götürüb süzürsən hər havaya
yaxası açıq 
gödək geyinməyi xoşlayarsan
zənnimcə bu
az sözlə çox şey demək istəyindəndir

Metro darıxdırar səni 
avtobusa minməzsən
yayxanarsan taksilərin arxa oturacağına
bir siqaret yandırıb 
aralı qoyduğun ətli ayaqlarını boğarsan tüstüdə
sürücü fağır bilməz yola baxsın 
sənə baxsın

Gecələr işıq gəlməz kirayə qaldığın evdən
televizorun səsi getməz qonşuya...

Üstündə gecənin his-pası
səhərə yaxın qayıdarsan evə
fikrində qorxu-şübhə
görəsən xəstələnməmişəm ki?!

Sən canını belə fəda edərsən xalqın yolunda 
xalqsa günü-gündən aşağı salar qiymətini

Ancaq heç könlünü sıxma
sən öləndə 
sənə heykəl qoyacaqlar
ey azad qadın!

AZƏRBAYCAN_TÜRKİYƏ_TƏBRİZ
 
muratena.blogcu
Günlük Burç
 
Günlük Burç

Sayda Tebrizi















Arama Motoru

Web'de Ara:





Unutma-Unutdurma
 
 

 

MusicPlaylist
Music Playlist at MixPod.com
 
Bugün 18 ziyaretçi (61 klik) kişi burdaydı!

bigoo.ws